Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turuna start veriləcək

A- A A+

Sentyabrın 30-da futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turuna start veriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyənin turnirdəki təmsilçilərindən “Qalatasaray” Fransada “Marsel”in qonağı olacaq. “Fənərbağça” isə İstanbulda Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşacaq.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Legiya” klubu Polşada “Lester Siti”ni qəbul edəcək.

Günün digər görüşləri aşağıdakılardır:

A qrupu

“Sparta Praqa” (Çexiya) – “Qlazqo Reyncers” (Şotlandiya);

“Lion” (Fransa) – “Bröndbü” (Danimarka).

Qrupdakı vəziyyət: “Lion” - 3, “Sparta Praqa” -1, “Bröndbü” - 1, “Qlazqo Reyncers” - 0.

B qrupu

“Şturm” (Qrats, Avstriya) - PSV (Eyndhoven, Niderland);

“Real Sosyedad” (İspaniya) – “Monako” (Fransa).

Qrupdakı vəziyyət: “Monako” - 3, “Real Sosyedad” - 1, PSV - 1, “Şturm” - 0.

C qrupu

“Legiya” (Polşa) – “Lester Siti” (İngiltərə);

“Napoli” (İtaliya) – “Spartak” (Moskva, Rusiya).

Qrupdakı vəziyyət: “Legiya” - 3, “Napoli” - 1, “Lester Siti” - 1, “Spartak” – 0.

D qrupu

“Antverpen” (Belçika) – “Ayntraxt” (Frankfurt, Almaniya);

“Fənərbağça” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan).

Qrupdakı vəziyyət: “Olimpiakos”- 3, “Fənərbağça”- 1, “Ayntraxt”- 1, “Antverpen” – 0.

E qrupu

“Marsel” (Fransa) – “Qalatasaray” (Türkiyə);

“Latsio” (İtaliya) – “Lokomotiv” (Moskva, Rusiya).

Qrupdakı vəziyyət: “Qalatasaray” - 3, “Marsel” - 1, “Lokomotiv” - 1, “Latsio” - 0.

F qrupu

“Braqa” (Portuqaliya) – “Midtüllan” (Danimarka);

“Lüdoqorets” (Razqrad, Bolqarıstan) – “Srvena Zvezda” (Belqrad, Serbiya).

Qrupdakı vəziyyət: “Srvena Zvezda” - 3, “Ludoqorets”- 1, “Midtüllan” - 1, “Braqa” - 0.

G qrupu

“Ferentsvaroş” (Macarıstan) – “Real Betis” (İspaniya);

“Seltik” (Şotlandiya) – “Bayer Leverkuzen” (Almaniya).

Qrupdakı vəziyyət: “Real Betis” - 3, “Bayer Leverkuzen” - 3, “Seltik” - 0, “Ferentsvaroş” - 0

H qrupu

“Vest Hem Yunayted” (İngiltərə) – “Rapid Vyana (Avstriya);

“Genk” (Belçika) – “Dinamo Zaqreb” (Xorvatiya).

Qrupdakı vəziyyət: “Vest Hem Yunayted” - 3, “Genk”- 3, “Rapid Vyana” - 0, “Dinamo Zaqreb” - 0.

Qeyd edək ki, on altı görüşün səkkizi Bakı vaxtı ilə saat 20:45-də, digərləri isə 23:00-da başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: