ABŞ-ın Sent-Luis şəhərində keçirilən Sinkfild kuboku turnirinin beşinci turu oynanılıb.
NUHÇIXAN xəbər verir ki, bu turda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov amerikalı Hikaru Nakamura ilə qarşılaşıb. Oyun heç-heçə başa çatıb. Bu tur çərçivəsində keçirilən bütün görüşlərdə xallar yarı bölünüb.
Beş turdan sonra beş şahmatçı - Şəhriyar Məmmədyarov, Aleksandr Qrişuk, Levon Aronyan, Fabiano Karuana və Maqnus Karlsen hərəyə 3 xal toplayıblar.
Ümumi mükafat fondu 300 min dollar olan turnir avqustun 27-dək davam edəcək.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.