Naxçıvan Boks Federasiyasının yetirməsindən uğurlu nəticə - FOTOLAR

A- A A+

Tayfur Əliyev Mərkəzi Ordu İdman Klubunun heyətində karyerasını davam etdirir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Tayfur Əliyev 18-25 sentyabr tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən Boks üzrə Hərbçilərin 58-ci Dünya Çempionatında ölkəmizi təmsil edən boksçular sırasında yer alıb. 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı yəmənli, braziliyalı və iranlı rəqiblərini məğlub edərək yarımfinala yüksəlib, lakin boksçumuz yüksək hərarəti olduğu üçün həkimlərin rəyinə əsasən rinqə çıxmaqdan imtina edib. Nəticədə texniki məğlubiyyət alan Tayfur dünya çempionatını bürünc medalla tamamlamalı olub. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: