UEFA Avropa Liqasında qrup mərhələsinin II turunun oyunlarından sonra həftənin ən yaxşı qolu müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, azarkeşlər arasındakı səsvermə nəticəsində İspaniya "Betis"inin futbolçusu Nabil Fekirin Macarıstanda "Ferentsvaroş"a vurduğu qol ən yaxşı seçilib.
Qeyd edək ki, qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.