Benzema, Mbappe, Qrizmann və Poqba Fransa millisinə dəvət alıblar

A- A A+

Futbol üzrə Fransa millisinin Millətlər Liqasının yarımfinal mərhələsi çərçivəsində Belçika yığmasına qarşı keçirəcəyi oyun üçün heyəti açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, komandanın baş məşqçisi Didye Deşam 24 oyunçuya dəvət göndərib.

Heyətdə qapıçılardan Uqo Loris (“Tottenhem, İngiltərə), Benua Kostil (“Bordo”, Fransa), Mayk Menyan (“Milan), İtaliya), müdafiəçilərdən Lüka Din (“Everton”, İngiltərə), Leo Dübia (“Lion”, Fransa), Lüka Hernandes, Benjamin Pavar, Dayo Upamekano (hər üçü - “Bavariya”, Almaniya), Presnel Kimpembe (“Paris Sen-Jermen”, Fransa), Jül Kunde (“Sevilya”, İspaniya), Rafael Varan (“Mançester Yunayted”, İngiltərə), yarımmüdafiəçilərdən Matteo Genduzi (“Marsel”, Fransa), Teo Hernandes (“Milan”, İtaliya”), Pol Poqba (“Mançester Yunayted”, İngiltərə), ANdre Rabio (“Yuventus”, İtaliya), Jordan Veretu (“Roma”, İtaliya), Orelien Tcuameni (“Monako”, Fransa), hücumçulardan isə Vissam Ben-Yeder (“Monako”, Fransa), Kərim Benzema (“Real Madrid”, İspaniya), Mussa Diabi (“Bayer Leverkuzen”, Almaniya), Antuan Qrizmann (“Atletiko Madrid”, İspaniya), Antoni Marsial (“Mançester Yunayted”, İngiltərə) və Kilyan Mbappe (“Paris Sen-Jermen”, Fransa) yer alıblar.

Qeyd edək ki, Fransa millisi oktyabrın 7-də Millətlər Liqasının yarımfinal mərhələsi çərçivəsində Belçika seçməsi ilə üz-üzə gələcək. Mərhələnin digər yarımfinalı İspaniya və İtaliya yığmaları arasında oynanılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: