Sərbəst güləşçilərimiz dünya çempionatında mübarizəyə başlayıblar

A- A A+

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı start götürüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mundialın ilk günlərində sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Yarışda ölkəmizi baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə 9 güləşçi təmsil edəcək.

Çempionatın birinci günündə 61, 74, 86 və 125 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər xalçaya çıxacaqlar. Belə ki, Kənan Heybətov (61 kq) Yaroslav Xurski (Ukrayna), Coşqun Əzimov (74 kq) Mathayo Mahabila (Keniya), Abubakr Abakarov (86 kq) isə almaniyalı Ahmed Dudarov ilə qarşılaşacaqlar.

Qeyd edək ki, oktyabrın 3-də 57, 65, 79 və 92, ayın 4-də isə 70 və 97 kiloqram çəki dərəcələrində yer alan pəhləvanlar mübarizəyə qoşulacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: