Avqustun 23-də Ağdamın “Qarabağ” klubu futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində ilk matçında səfərdə Moldovanın “Şerif” komandası ilə qarşılaşıb.
NUHÇIXAN xəbər verir ki, qarşılaşma ağdamlıların üstünlüyü ilə keçsə də, meydan sahiblərinin futbolçusu Kapiçin səkkizinci dəqiqədə vurduğu qol oyunda yeganə olub 0:1.
Tiraspoldakı “Şerif” İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmada “Qarabağ” klubunun start heyətində Vaqner, Qara Qarayev, Maksim Medvedev, Semyon Slavçev, Miçel, Mahir Mədətov, Rəşad Sadıqov, Filip Ozoviç, Djon Delarc, Bədəvi Hüseynov və Donald Gerye yer alıblar. “Şerif”in isə ilk “on birliyində” isə meydana Serqey Paşenko, Jo Santos, Kristiano, Georqiy Anton, Vladimir Kovaçeviç, Ziqi Badibanqa, Mateo Suşiç, Yuriy Kendış, Rifet Kapiç, Viçeslav Posmak və Aleksander Boyçuk çıxıblar.