UEFA "Qalatasaray"ın oyunundakı erməni bayrağına görə intizam işi açıb

A- A A+

UEFA-nın İntizam Komitəsi Fransada "Marsel" və Türkiyə "Qalatasaray"ı arasında UEFA Avropa Liqasının qrup oyununda baş vermiş insidentlə bağlı intizam işi açıb.

NUHÇIXAN İnformasiya Agentliyi qurumun rəsmi saytına istinadən xəbər verir ki, məsələyə oktyabrın 18-də baxılacaq. Qərar isə 4 gün sonra açıqlanacaq.

Qolsuz heç-heçə ilə başa çatan görüş azarkeşlər arasındakı qalmaqala görə 37-ci dəqiqədə dayandırılıb. Hadisəyə yerli fanatların tribunada Ermənistan bayrağı açması səbəb olub. Hər iki komandanın azarkeşləri müxtəlif pirotexniki vasitələrdən istifadə edərək, bir-birilərinə məşəl atmağa başlayıblar. Polis iğtişaşın qarşısını almaq məqsədi ilə gözyaşardıcı qazdan istifadə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: