Noyabrın 5-7-də Bakıda keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirində iştirak edəcək ölkələrin qeydiyyatı davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, turnirdə artıq 10 ölkə - Bolqarıstan, Kanada, Kolumbiya, Çexiya, Danimarka, Böyük Britaniya, Sloveniya, Litva, Serbiya və Venesuela iştirakını təsdiqləyib.
Paytaxtımızda keçiriləcək nüfuzlu yarışda iştirak edəcək Azərbaycan komandasının heyəti isə hələ açıqlanmayıb.
Cüdo üzrə “Böyük dəbilqə” turniri Bakıda 2013-cü ildən keçirilir.