UEFA "Qarabağ"ın futbolçusunu fərqləndirib

A- A A+

UEFA Konfrans Liqasının qrup mərhələsində II turun statistik göstəriciləri açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ" klubundan Kevin Medina ən çox dəqiq ötürmə verən futbolçular siyahısına düşüb.

27 yaşlı müdafiəçi Kiprdə "Omoniya"ya 4:1 hesabı ilə qalib gəldikləri görüşdə 86 dəfə dəqiq ötürmə verib. Kolumbiyalı oyunçu bu göstəricidə İngiltərə "Tottebhem"indən Kristian Romero ilə birlikdə 4-5-ci yerləri bölüşdürür.

Danimarka "Kopenhagen"indən Nikolay Boylesen (106) siyahıya başçılıq edir. "Tottenhem"dən Harri Uinks (95) ikinci, Finlandiya HİK-indən Valtteri Moren (86) üçüncüdür.

Qeyd edək ki, ilk turda Bakıda İsveçrə "Bazel"i ilə qolsuz heç-heçə edən Ağdam klubu III turda Qazaxıstanın "Kayrat" komandasını qəbul edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: