Culfa və Ordubad gəncləri Şahbuzda ekskursiyada olub - FOTOLAR

A- A A+

Muxtar respublika gənclərinin “Naxçıvanı tanıyaq” devizi altında muzeylərə, tarixi abidələrə ekuskursiyası davam etdirilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, növbəti ekskursiya Şahbuz rayonuna təşkil olunub. Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun təşkilatçılığı ilə baş tutan ekskursiyada gənclər rayonun Tarix-diyarşünaslıq muzeyində olub. Gənclərin diqqətinə çatdırılıb ki,  muzeyin yeni binası Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə cari ilin avqust ayının 27  -də istifadəyə verilib .

Nursu kəndində yerləşən  Xalq şairi Məmməd Arazın ev-muzeyində olan gənclər burada şairin müxtəlif illərdə nəşr olunan, eləcə də görkəmli sənət ustasının həyat və yaradıcılığından bəhs edən kitabları, mənalı həyat yolunun müxtəlif dövrlərini əks etdirən fotoşəkilləri ilə tanış olub.

Daha sonra gənclər Ağbulaq İstirahət mərəzində olub, kanat vasitəsi ilə  Şahbuzun  əsrarəngiz  təbiət gözəlliklərini seyr ediblər. İstirahət mərkəzində  gənclər üçün  nahar və çay süfrəsi  də təşkil olunub.

Həmin gün gənclər Şahbuz Dövlət Təbiət Qoruğunun muzeyini, Batabat Astrofizika Rəsədxanasını da ziyarət ediblər.

                             Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: