"Real Madrid"in heyətinə qatmaq istədiyi fransalı hücumçu Kilian Mbappe hazırda formasını geyindiyi PSJ klubundan yeni təklif alıb.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, Paris klubu 2022-ci ilin yayınadək müqaviləsi olan hücumçunu heyətində saxlamaq üçün ona ilinə 36 milyon avro məvacib ödəmək şərti ilə beşillik yeni müqavilə təklif edib. Hazırda PSJ-nin heyətində çıxış edən Neymar da bu qədər məvacib alır.
Xatırladaq ki, “Real Madrid” gənc futbolçuya ilinə 40 milyon avro olmaqla altıillik müqavilə təklif edib.