Oktyabrın 8-də futzal üzrə Yüksək Liqanın ikinci turuna “Baku Fire” – “Xilə” oyunu ilə start verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Olimpk Star”da təşkil olunan matç “Baku Fire” komandasının 7:5 hesablı qələbəsi ilə yekunlaşıb.
Tura oktyabrın 8-də keçiriləcək “Araz-Naxçıvan” – “Neftçi”, “Alyans” – “Record club” və EKOL – U-19 oyunları ilə yekun vurulacaq.