İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də növbəti oyununu keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Sumqayıtdakı “Kapital Bank Arena”da Finlandiya yığması ilə qarşılan millimiz meydanı 1:1 hesablı heç-heçə ilə tərk edib.
U-21-in heyətində 86-cı dəqiqədə Rauf Hüseynli fərqlənib.
Millimiz seçmə mərhələdə növbəti oyununu oktyabrın 12-də Sumqayıtda “Kapital Bank Arena”da Xorvatiya yığmasına qarşı keçirəcək.