Azərbaycan cüdoçuları dünya çempionatını iki medalla başa vurublar

A- A A+

İtaliyanın Olbia şəhərində gənclər arasında cüdo üzrə dünya çempionatında Azərbaycan komandası çıxışını başa vurub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnirin son günündə təmsilçimiz Nərmin Əmirli (78 kq) mübarizə aparıb. O ilk qarşılaşmasında kanadalı Korali Qodbuta uduzub.

Bununla da, komandamız çempionatı 2 medalla başa vurub. Belə ki, Turan Bayramov (60 kq) gümüş, Elcan Hacıyev (81 kq) bürünc medal qazanıblar.

Turnirdə 72 ölkədən 500-ə yaxın cüdoçu iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: