"Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştiano Ronaldo Portuqaliya və Qətər milliləri arasında keçirilən yoldaşlıq oyunu zamanı eyni anda üç rekordu qırıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 36 yaşlı hücumçu yığmanın heyətində 181-ci oyuna çıxıb. Bu, Avropa oyunçuları üçün tarixdə ən yaxşı nəticədir. O, Qətərlə matçda meydana girərək ispaniyalı Serxio Ramosu keçib.
37 -ci dəqiqədə K.Ronaldo qol vurdu. Vurduğu top hücumçu üçün milli komandalar səviyyəsindəki 112 -ci qol oldu. Belə ki, o, milli komandada vurduğu qol sayı üzrə göstəricisini yaxşılaşdırıb. Bundan başqa K.Ronaldo karyerasında 46 -cı milli komandaya qarşı oyunda fərqlənib - bu həm də dünya rekordudur.