Azərbaycanın boks millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

A- A A+

Oktyabrın 15-də Monteneqronun Budva şəhərində start götürəcək gənc bokçular arasında Avropa çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

Azərbaycan Boks Federasiyadan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, 9 gün davam edəcək yarışa baş məşqçi Əsgər Eyvazov, məşqçilər Əli İsmayılov və Şahin İmranovun rəhbərliyi altında 9 boksçu yollanıb.

Turnirdə Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Kamil Babayev (54 kq), Tacı Tağızadə (57 kq), Zaur Qəhrəmanov (60 kq), Qulu Quliyev (63,5 kq), Nicat Qurbanov (71 kq), Fətəli İsmayılov (86 kq) və Rəşid Məmmədov (92 kq) qüvvəsini sınayacaq.

Budvada Fuad Aslanov hakim kimi ölkəni təmsil edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: