Dünya çempionatının seçmə mərhələsinin 8-ci turundan sonra komandaların və futbolçuların statistik göstəriciləri açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev ən çox seyv edən qapıçılar arasında yer alıb. O, meydana çıxdığı 7 oyunda 40 qurtarışla yadda qalıb. İyirmi yeddi yaşlı qapıçı hazırda bu göstərici üzrə 3-cü sırada yer alıb.
Dünya çempionatının seçmə mərhələsində ən çox seyv edən qapıçı San-Marino yığmasının üzvü Elia Benedettinidir. O, 44 seyvlə yadda qalıb.
Azərbaycan yığması seçmə mərhələnin A qrupunda 1 xalla sonuncudur.