“Marca” nəşri “France Football”ın təsis etdiyi ənənəvi “Qızıl top” mükafatını bu il kimin alacağını təxmin etmək məqsədi ilə oxucuları arasında sorğu keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadən xəbər verir ki, sorğuda iştirak edən respondentlərin çoxu Kərim Benzemaya səs verib. Madrid “Real”ının və Fransa yığmasının hücumçusu sorğu iştirakçılarından 38 faiz səs alıb.
Benzema sorğuda PSJ-nin və Argentina millisinin hücumçusu Lionel Messini 1 faiz qabaqlayıb.
Sorğuda Robert Levandovski (“Bavariya”, Polşa millisi) 14, Kriştiano Ronaldo (“Mançester Yunayted”, Portuqaliya) 4, Jorjinyo (“Çelsi”, İtaliya) 3, Nqolo Kante (“Çelsi”, Fransa) isə 2 faiz səs toplayıblar.