Gələn il keçiriləcək Formula 1 üzrə dünya çempionatının ilkin təqvimi açıqlanıb

176

Oktyabrın 14-də gələn il keçiriləcək Formula 1 üzrə dünya çempionatının təqvimi təsdiq ediləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təqvimə 245 gün ərzində keçiriləcək 23 yarış daxildir. Azərbaycan Qran-Prisi iyunun 12-də təşkil olunacaq. Formula 1-in ilk mərhələsi martın 20-də Bəhreyndə keçiriləcək. Sonrakı mərhələlərə Səudiyyə Ərəbistanı (27 mart), Avstraliya (10 aprel), Emiliya-Romanya (24 aprel), ABŞ (8 may), İspaniya (22 may), Monako (29 may), Azərbaycan (12 iyun), Kanada (19 iyun), Böyük Britaniya (3 iyul), Avstriya (10 iyul), Fransa (24 iyul), Macarıstan (31 iyul), Belçika (28 avqust), Hollandiya (4 sentyabr), İtaliya (11 sentyabr), Rusiya (25 sentyabr), Sinqapur (2 oktyabr), Yaponiya (9 oktyabr), ABŞ (23 oktyabr), Mexiko (30 oktyabr), Braziliya (13 noyabr) və Abu-Dabi (20 noyabr) ev sahibliyi edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: