Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığması İtaliya komandasına qalib gəlib

A- A A+

Antalyada voleybol üzrə “Gloria Cup” beynəlxalq turniri keçirilir.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan yığması ikinci matçında İtaliya komandası ilə qarşılaşıb. Oyun 3:0 (25:19, 25:22, 25:22) hesabı ilə Azərbaycan millisinin qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, birinci turda yığmamız Türkiyə komandasına 3:0 hesabı ilə uduzub. Rusiya millisi isə İtaliya kollektivindən üstün olub - 3:1.

Millimizin növbəti rəqibi Rusiya voleybolçuları olacaq. Oyun avqustun 25-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: