Oktyabrın 15-də müxtəlif yaş qruplarında şahmat üzrə onlayn Avropa çempionatı start götürəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 10, 12, 14, 16, 18 və 20 yaşlı şahmatçıların iştirak edəcəkləri qitə çempionatında Azərbaycanı 45 idmançı təmsil edəcək.
İsveçrə sistemi üzrə keçiriləcək çempionat 9 turdan ibarət olacaq. Yarış oktyabrın 21-dək davam edəcək.