PSJ-nin qapıçısı Çempionlar Liqası matçını buraxacaq

A- A A+

Fransanın PSJ klubunda çıxış edən Kosta-Rika millisinin qapıçısı Keylor Navas zədələnib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 35 yaşlı qolkiper ABŞ-a 1:2 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyununda sıradan çıxıb.

Navas əzələsindəki problem səbəbindən fasilədə əvəzlənib. Təcrübəli oyunçu Parisə qayıtdıqdan sonra tibbi müayinədən keçəcək.

O, oktyabrın 15-də Fransa Liqa 1-in X turunda Anje ilə matçı və oktyabrın 19-da Çempionlar Liqasının qrup mərhələsinin III turunda Almaniya "Leyptsiq"i ilə görüşü buraxmalı olacaq.

Qeyd edək ki, Keylor Navas cari mövsüm PSJ-nin heyətində 6 qarşılaşmada meydana çıxıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: