Stolüstü tennis ilə məşğul olan paralimpiyaçılar üçün təlim keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin stolüstü tennis üzrə milli komandasının baş məşqçisi Ruqiyyə Qubuşova və məşqçi Əkbər Qubuşovun iştirakı ilə keçirilən təlimdə iştirakçılara müxtəlif məşq prosesləri haqqında müvafiq tövsiyyələr verilib, zəruri hallarda praktiki icra olunub.
Qeyd edək ki, seminarın sonunda Azərbaycan Milli Paralimpiya Komitəsinin stolüstü tennis üzrə uşaq milli komandasının baş məşqçisi Ruqiyyə Qubuşovaya xatirə hədiyyəsi və təşəkkürnamə təqdim olunub.