Türkiyə Superliqası: “Başakşəhər” İstanbul derbisində “Beşiktaş”ı məğlub edib

A- A A+

Oktyabrın 15-də futbol üzrə Türkiyə çempionatının IX turunun ilk qarşılaşmasında “Başakşəhər” doğma meydanda “Beşiktaş”ı qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı 40-cı dəqiqədə meydan sahiblərinin hücumçusu Stefano Okaka açıb. Lakin qonaqların futbolçusu Aleks Texeyra 59-cu dəqiqədə hesabı bərabərləşdirib. Matçın 83-cü dəqiqəsində Stefano Okaka komandasının və özünün ikinci qolunu vurub. Bundan iki dəqiqə sonra “Başakşəhər”in futbolçusu Fredrik Gulbrandsen hesab arasındakı fərqi artırıb. Görüşün 90+1-ci dəqiqəsində “Beşiktaş”ın hücumçusu Miçi Batşuayi fərqlənsə də komandasını məğlubiyyətdən xilas edə bilməyib. Beləliklə, “Başakşəhər” İstanbul derbisində “Beşiktaş”ı 3:2 hesabı ilə məğlub edib.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 19 xalla “Fənərbağça” başçılıq edir. Ondan bir xal geri qalan “Trabzonspor” ikinci, 17 xal toplayan “Beşiktaş” isə üçüncü pillədə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: