“Böyük dəbilqə”: Cüdoçumuz Balabəy Ağayev yarımfinala yüksəlib

A- A A+

Parisdə keçirilən “Böyük dəbilqə” turnirində cüdoçumuz Balabəy Ağayev (60 kq) yarımfinala yüksəlib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tatami ustamız səkkizdəbir finalda Jolan Florimont (Fransa), növbəti mərhələdə isə Genki Koqanı (Yaponiya) məğlub edib. Yarımfinalda idmançımız Monqolustan təmsilçisi Sumiyabazar Enkhtavan ilə qarşılaşacaq.

Oktyabrın 17-dək davam edəcək turnirdə 46 ölkədən 283 cüdoçu iştirak edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: