Azərbaycan cüdoçusu Uşangi Kokauri Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə yarımfinal görüşünə çıxıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 100 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı finala gedən yolda İnal Tasoyevlə (Rusiya) qarşılaşıb.
Rəqibinə cərimə xalları ilə uduzan Kokauri bürünc medal uğrunda mübarizə aparacaq. Onun rəqibi Yur Speykers (Niderland) olacaq.