İtaliya A Seriyası: “Napoli”-“Milan”

A- A A+

Bu gün İtaliya A Seriyasının ikinci turuna start veriləcək.

NUHÇIXAN xəbər verir ki, İtaliya futbolun azarkeşlərinin maraqla gözlədiyi görüş “Napoli” ilə “Milan” klubları arasında baş tutacaq.

“San-Paolo” stadionunda keçirilən “Napoli”-“Milan” qarşılaşması Bakı vaxtı ilə saat 22:30 baş tutacaq. Oyunda ədaləti təmin etmək Paolo Valeriya tapşırılıb.

Hər iki klub İtaliyada ilk yaranan klublardan sayilir. Komandalar bu vaxta kimi 141 dəfə üz-üzə gəliblər. Onların 54-də “Milan”, 42-sində isə “Napoli” üstün olub. Qırx beş oyun heç-heçə yekunlaşıb.

“Milan” klubunun “Napoli” üzərində ən böyük qələbəsi 1959-cu ilə təsadüf edir (6:1).

“Milan” klubu 1899-cu ildə britaniyalı Alfred Edvard tərəfindən yaradılıb. Hazırda Avrokuboklarda İtaliyanın ən çox titul əldə edən futbol klubudur. 1963-cü ildən etibarən “Milan” məşqlərini Varezi əyalətinin “Milanello” şəhərciyində olan idman mərkəzində keçirir.

1962/1963-cü mövsümdə italyan klubları arasında ilk dəfə Çempionlar Liqasının kubokunu qazanmış “Milan” hazırda həmin turnirın kubok sayina görə Madrid təmsilçisi “Real”dan geri qalır.

Klubun formasını ilk rəsmi məşqçisi Herbert Kilpin təqdim edib. Qırmızı rəng “şeytan”ı, qara isə klubun “təhlükə”li olduğunu təcəssüm etdirir. Ona görə klubu “şeytan”lar deyə çağırmağa başlayıblar.

“Rossoneri”lər 18 dəfə İtaliya çempionu, beş dəfə İtaliya kuboku və yeddi dəfə İtaliya Super kubokun qalibi adı qazanıb.

Komandanın hazırda baş məşqçisi “rossoneri”lərin əfsanəvi oyunçusu Cennaro Qattuzodur.

“Napoli” - İtaliyanın Neapol şəhərində 1926-cı ildə qurulmuş futbol klubudur. Dünyaca məşhur futbolçu Dieqo Armando Maradona da bu klubun formasını 1984-1991-ci illər arasında 188 dəfə geyinib. Neapollular tarixinin böyük hissəsini İtaliya A Seriyası liqasında keçirmiş bir klubdur. “Napoli” 1986/1987-ci və 1989/1990-cı illərdə İtaliya A Seriyası liqasının qalibi olub. Həmçinin klub 5 dəfə İtaliya kubokunu, bir dəfə isə (1990-cı ildə) İtaliya Super kubokunu qazanıb. Avropa arenasında isə neapollular 1988/1989-ci mövsümündə UEFA Kubokunu başı üzərinə qaldırıb. İllik gəlir baxımından İtaliyada beşinci, dünyada isə 22-ci olan klubun 2013-cü ildəki gəliri 116.4 milyon avro olmuşdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: