Naxçıvanda gənclər şəhid ailələrini ziyarət ediblər - FOTOLAR

A- A A+

Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı ilə bir qrup könüllü gənc tərəfindən Şərur rayonunda  yaşayan şəhid ailələri ziyarət olunub.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gənclər şəhidlərimiz-mayor Vəliyev Vüsal İslam oğlu və  leytenant Əbilov Kamal Vidadi oğlunun ailə üzvləri ilə görüşüb, qəhrəman şəhidlərimizin keçdiyi döyüş yolundan, qəhrəmanlıqlarından söz açıblar. İştirakçılara şəhidlərimizin xatirə guşəsi, təltif edildikləri orden və medallarla tanış olublar. Ailə üzvləri önların özünəməxsus xüsusiyyətləri, fəaliyyəti  ilə bağlı fikirlər səsləndirib, xatirələrini bölüşüblər.

Gənclər və idman nazirinin müavini, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov və Milli Məclisin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev görüşlər zamanı şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə dərin minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə dövlət-xalq-ordu birliyinin parlaq təcəssümüdür. Sözsüz ki, zəfər yolunda gözünü qırpmadan döyüşə atılan gənc nəsli də xüsusi qeyd etmək lazımdır. Ölkəmizdə, eləcə də onun ayrılmaz hissəsi muxtar respublikada ordu quruculuğuna xüsusi diqqət yetirilir.

Görüşlərin ardından şəhid məzarları ziyarət edilib, onların ruhuna dualar oxunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: