Babək rayonunda akademik İsmayıl Hacıyevin kitabı gənclərə təqdim olunub - FOTOLAR

A- A A+

      NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Babək rayonunda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikasının  sosia-iqtisadi və mədəni inkişafı” kitabı gənclərə təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən təqdimat  Babək Rayon Mədəniyyət Sarayında baş tutub.Tədbirdə Babək rayonundan 100 gənc iştirak edib.

Babək Rayon İcra Hakimiyyətinin başçısının müavini Səbinə Abbasova bildirib ki, görkəmli elm xadimi, akademik İsmayıl Hacıyevin  “Naxçıvan Muxtar Respublikasının  sosial-iqtisadi və mədəni inkişafı” kitabı doğma diyarımızın  bu günkü inkişafını gənclərə və  gələcək nəsillərə çatdırmaq üçün etibarlı bir mənbədir. 

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev  bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” monoqrafiyası muxtar respublikanın son 25 ildəki sosial-iqtisadi və mədəni həyatının bütün sahələrini əhatə edib. Kitab diyarımızın tarixi, ictimai və mədəni həyatının tədqiqatçıları, iqtisadçılar, ali təhsil müəssisələrinin pedaqoji heyəti üçün zəruri vəsaitdir. 

Təqdimat mərasimində akademik  tərəfindən gənclərin sualları ətraflı   cavablandırılıb. Gənclər təqdimata və səmimi görüşə  görə  Akademik İsmayıl Hacıyevə və təşkilatçılara minnətdarlıq ediblər. 

Qeyd edək ki, muxtar respublikanın 95 illiyinə həsr olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” kitabı “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində  çap olunub. Kitab  giriş hissə və üç fəsildən ibarət olmaqla Naxçıvanın inkişaf yolları və bu günkü reallıqları barədə müfəssəl məlumatlar toplusudur.

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: