Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində üçüncü tura yekun vurulacaq

A- A A+

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində üçüncü turun növbəti qarşılaşmaları keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ikinci oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma baş tutacaq. Görüşlərin ikisi Bakı vaxtı ilə saat 20:45-də, altı oyun isə 23:00-da start götürəcək.

H qrupunda turnirin son qalibi olan “Çelsi” İngiltərədə İsveç "Malmö"sünün müqavimətini qırmağa çalışacaq. Qrupun digər oyununda İtaliyanın "Yuventus" klubu Rusiyada "Zenit"lə qarşılaşacaq.

Gün ərzində aşağıdakı görüşlər keçiriləcək:

E qrupu

"Barselona" (İspaniya) - "Dinamo" (Kiyev, Ukrayna);

"Benfika" (Portuqaliya) - Bavariya" (Almaniya).

Qrupdakı vəziyyət: "Bavariya" - 6, "Benfika" - 4, "Dinamo" - 1, "Barselona" - 0.

F qrupu

"Yanq Boyz" (İsveçrə) - "Vilyarreal" (İspaniya);

"Mançester Yunayted" (İngiltərə) - "Atalanta" (İtaliya).

Qrupdakı vəziyyət: "Atalanta" - 4, "Yanq Boyz" - 3, "Mançester Yunayted" - 3, "Vilyarreal" - 1.

G qrupu

"Zaltsburq" (Avstriya) - "Volfsburq" (Almaniya);

"Lill" (Fransa) - "Sevilya" (İspaniya).

Qrupdakı vəziyyət: "Zaltsburq" - 4, "Sevilya" - 2, "Volfsburq" - 2, "Lill" - 1.

H qrupu

"Çelsi" (İngiltərə) - "Malmö" (İsveç);

"Zenit" (Rusiya) - "Yuventus" (İtaliya).

Qrupdakı vəziyyət: "Yuventus" - 6, "Çelsi" - 3, "Zenit" - 3, "Malmö" - 0.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: