Oğlan və qız atletləri arasında kross qaçışı üzrə muxtar respublika birinciyi keçirilib - FOTOLAR

A- A A+

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 2006-2007-ci il təvəllüdlü oğlan və qız atletləri arasında keçirilən kross qaçışı üzrə muxtar respublika birinciyinə yekun vurulub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atletika Federasiyasının birgə təşkil etdiyi birincilikdə 100-ə yaxın atlet qüvvəsini sınayıb.

Birinciliyin mükafatlandırma mərasimində idmançıları 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edən Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının sədri Rəhman Məmmədov və Gənclər və İdman naziri Ramil Hacı bildiriblər ki, bu gün muxtar respublikanın bütün ali təhsil ocaqlarında uşaq, yeniyetmə və gənclərin bu sahə ilə məşğul olmaları üçün hər bir şərait yaradılıb. Məhz bunun nəticəsidir ki, idmançılarımız keçirilən ölkədaxili birinciliklərdə uğurla çıxış edərək böyük nailiyyətlər əldə edirlər.

Yarışın yekun nəticəsinə əsasən, 2 kilometr məsafədə Sədərək idmançıları Aysu Abbasova, Zeynəb Babayeva və Nurşən Abbasova yarışı ilk üç pillədə başa vurublar. Oğlanların 5 kilometrlik yarışında qalib adını Kəngərli idmançısı Suad Eyvazov qazanıb. Şərur idmançısı Emil Cəfərzadə ikinci, Naxçıvan atleti Əliabbas Səfərov isə üçüncü olub.Ümumilikdə ilk 10 pilləni tutan idmançılar adlarını qaliblər siyahısına yazdırıblar. Sonda qalib idmançılar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: