“Barselona” UEFA Çempionlar Liqasında ilk qələbəsini qazanıb

246

Oktyabrın 20-də UEFA Çempionlar Liqasının qrup mərhələsində III turun daha iki qarşılaşması keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, E qrupunda yer alan, iki turdan sonra xalsız olan və sonuncu pillədə qərarlaşan İspaniyanın "Barselona" klubu Ukraynanın "Dinamo Kiyev” komandasını qəbul edib.

“Nou Kamp” stadionunda baş tutan görüş meydan sahiblərinin minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0. Kataloniya təmsilçisinin yeganə qoluna 36-cı dəqiqədə Jerar Pike imza atıb. Qeyd edək ki, bu “Barselona”nın cari mövsüm UEFA Çempionlar Liqasında vurduğu ilk topudur. Bu qrupun digər görüşü - “Benfika” (Portuqaliya) - “Bavariya” (Almaniya) arasında oynanılacaq.

Gecənin digər erkən başlayan görüşündə G qrupunda yer alan Almaniyanın "Volfsburq" və Avstriyanın "Zaltsburq" komandaları üz-üzə gəlib. Gərgin keçən görüş avstriyalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbədən sonra "Zaltsburq" 7 xalla birinci, “Volfsburq” isə iki xalla üçüncü yerdə qərarlaşıb. Bu qrupun digər görüşündə “Lill” Fransada İspaniyanın “Sevilya” komandasını qəbul edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: