“Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə muxtar respublika birinciliyi başa çatıb - FOTOLAR

A- A A+

21 oktyabr 2021-ci il tarixdə Gənclər və İdman, Təhsil nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə çağırışyaşlı və çağırışaqədər yeniyetmə və gənclərin fiziki hazırlığının artırılması, onların vətənpərvər ruhda tərbiyə olunması məqsədilə “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə muxtar respublika birinciliyi başa çatıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 40 nəfər çağırışyaşlı və çağırışaqədər yeniyetmə və gəncin iştirak etdiyi yarışda yekun xal hesablamalarına əsasən Babək Rayon Payız kənd komandası I yerə, Şərur Rayon Aralıq kənd komandası II yerə, Sədərək Rayon 2 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülüb. Qaliblərə təşkilatçıların kubok və diplomları təqdim olunub.

Qeyd edək ki, birincilikdə qalib olan komanda muxtar respublikanı 5-9 noyabr 2021-ci il tarixlərdə Xaçmaz Rayonunda keçiriləcək Azərbaycan çempionatının final mərhələsində təmsil edəcək

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: