"Barselona" səfərdə "Real Valyadolid"a qalib gəlib

A- A A+

Avqustun 25-də İspaniya La Liqasının ikinci turunda son çempion "Barselona" səfərdə "Real Valyadolid" komandasının qonağı olub.

NUHÇIXAN xəbər verir ki, görüş katalonyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 57-ci dəqiqədə Osman Dembele olub.

İlk turda Lionel Messinin komandası "Deportivo Alaves" klubunu 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. "Real Valyadolid" isə doğma meydanda "Girona" ilə qolsuz heç-heçəyə razı olub.

Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

"Xetafe" - "Eybar" - 2:0

"Leqanes" - "Real Sosyedad " - 2:2

"Deportivo Alaves" - "Real Betis" - 0:0

"Atletiko Madrid" - "Rayo Valekano" - 1:0.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: