ABŞ-ın Sent-Luis şəhərində “Sinkfild kuboku” superturnirinin VII turu keçirilib.
NUHÇIXAN-ın məlumatına görə, Azərbaycanı yarışda təmsil edən Şəhriyar Məmmədyarov bu dəfə rusiyalı Sergey Karyakinlə qarşılaşıb və heç-heçə edib.
Digər qarşılaşmalarda heç-heçə qeydə alınıb.
Yeddi turdan sonra Karuana 4,5 xal ilə turnir cədvəlində birinci yerdə qərarlaşıb. İkinci-beşinci yerləri hərəyə 4 xal ilə Məmmədyarov, Qrişuk, Karlsen və Aronyan bölüşür. Altı və yeddinci yerləri hərəyə 3,5 xal ilə Anand və Vaşye-Laqrav tutur. Növbəti yerlərdə So (3 xal) və Nakamura (2,5) qərarlaşıb, Karyakin isə 2 xal ilə turnir cədvəlini qapayır.
Bazar günü keçiriləcək 8-ci turda Şəhriyar Məmmədyarov norveçli Maqnus Karlsenlə qarşılaşacaq.
Xatırladaq ki, Sinkfild superturnirində Maqnus Karlsen (Norveç), Fabiano Karuana, Hikaru Nakamura (hər ikisi ABŞ), Aleksandr Qrişuk, Sergey Karyakin (hər ikisi Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Vişvanatan Anand (Hindistan) və Levon Aronyan (Ermənistan) iştirak edirlər.
Turnir bir dövrə keçiriləcək və avqustun 27-si başa çatacaq.
Qeyd edək ki, yarışın mükafat fondu 300 min ABŞ dollarıdır. Qalib 75 min dollar qazanacaq.