"İnter" "Yuventus" komandası ilə görüşdə qələbəni əldən verib

A- A A+

İtaliya A Seriyasında IX turun mərkəzi görüşü "İnter" və "Yuventus" komandaları arasında keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Milan şəhərindəki "Cüzeppe Meatsa" stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.

Hesabı 17-ci dəqiqədə meydan sahiblərindən Edin Ceko açıb. 89-cu dəqiqədə isə qonaq komandadan Paulo Dibala penaltini dəqiq yerinə yetirərək, bərabərlik qolunu vurub. Referi Mauritsio Marianinin qərarına etiraz edən "nerazzurri"nin baş məşqçisi Simone İnzagi isə meydandan qovulub.

Bu nəticədən sonra "İnter" 18 xalla 3-cü, "Yuventus" 15 xalla 6-cı pillədə yer alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: