UEFA Abbas Hüseynovun qolunu fərqləndirib - FOTOLAR

A- A A+

UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda vurulan 4 qolu və həmin matçlarda qeydə alınan statistik göstəriciləri yayımlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Abbas Hüseynovun Bakıda Qazaxıstan "Kayrat"ına vurduğu qol da bunların sırasında yer alıb.

Həmin videoxəbərə məhz 26 yaşlı müdafiəçinin fotosu qoyulub.

UEFA Ağdam təmsilçisinin qələbə sayəsində ardıcıl 16-cı matçda məğlub olmadığını və bunların 11-də qələbə qazandığını xatırladıb.

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Abbas Hüseynov 90+1-ci dəqiqədə qələbə qoluna imza atıb. O, qarşılaşmadan iki gün öncə dünyasını dəyişmiş nənəsinə görə göz yaşlarını saxlaya bilməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: