Yurgen Klopp "Liverpul"un tarixinə düşüb

A- A A+

İngiltərə Premyer Liqasının IX turunda "Mançester Yunayted"lə oyun "Liverpul"un baş məşqçisi Yurgen Klopp üçün əlamətdar olub.

NUHÇIXAN İnformasiya Agentliyi "Sky Sports"a istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis Mersisayd təmsilçisində 200-cü qələbəsini qazanıb.

O, 331-ci qarşılaşmada bu uğura yiyələnib. Klopp "qırmızılar"da 200-cü qələbəyə ən tez çatan baş məşqçidir.

Qeyd edək ki, qarşılaşma "Liverpul"un 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda 9 oyundan sonra 21 xalla ikinci pillədə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: