Bu gün üç boksçumuz dünya çempionatında mübarizəyə qoşulacaq

A- A A+

Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mundialın ikinci günündə Azərbaycanın üç boksçusu rinqə çıxacaq. İdmançılarımızdan Məsud Yusifzadə (51 kq) Monqolustan təmsilçisi Enxmandağ Xarxu, Malik Həsənov (63,5) qvatemalalı Xuan Reyes Donis və Rauf Rəhimov (92 kq) isə Luis Uilliams (İngiltərə) ilə qarşılaşacaqlar.

Yarışın birinci günündə Azərbaycan millisinin bir üzvü - Ümid Rüstəmov (57 kq) rinqə çıxıb. İdmançımız 1/32 finalda kubalı Osvel Kaballero Qarsiaya uduzaraq mübarizəni dayandırıb.

Noyabrın 6-da başa çatacaq dünya çempionatına Azərbaycan komandası 9 boksçu ilə qatılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: