Yeniyetmə cüdoçumuz və milli komandanın məşqçisi beynəlxalq təlim-məşq toplantısına qatılıb

A- A A+

Avqustun 20-dən 25-dək Tunisdə Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə yeniyetmə cüdoçular üçün təlim-məşq toplantısı keçirilib. NUHÇIXAN xəbər verir ki, beş gün davam edən toplanışa bu ilin oktyabrında Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanan cüdoçular qatılıblar. Azərbaycanı Tunisdə yeniyetmə cüdoçu Vüqar Talıbov və milli komandanın məşqçisi Zaur Babayev təmsil edib. Məşqləri Olimpiya və üçqat dünya çempionu İlias İliadis və Olimpiya çempionu Mark Huizinqa aparıb. Qeyd edək ki, Yeniyetmələrin Olimpiya Oyunlarında cüdo yarışları oktyabrın 7-10-da keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: