İspaniya La Liqası: "Real Madrid" klubu səfərdə böyük hesablı qələbə qazanıb

A- A A+
Avqustun 26-da İspaniya La Liqasının ikinci turunun oyunları keçirilib. NUHÇIXAN xəbər verir ki, maraqla gözlənilən oyunlardan biri "Estadi Montilivi" stadionunda keçirilib. "Jirona" "Real Madrid" klubunu qəbul edib. Qarşılaşma Madrid təmsilçilərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. "Kral" klubunun heyətində Serxio Ramos (onbirmetrlik), Kərim Benzema (2) və Qaret Beyl, "Jirona"nın heyətində isə Borja Qarsiya fərqləniblər. Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: Xetafe" - "Eybar" - 2:0 "Leqanes" - "Real Sosyedad " - 2:2 "Deportivo Alaves" - "Real Betis" - 0:0 "Atletiko Madrid" - "Rayo Valekano" - 1:0 "Real Valyadolid" - "Barselona" - 0:1 "Espanyol" - "Valensiya" - 2:0 "Sevilya" - "Vilyareal" - 0:0. Qeyd edək ki, İspaniya La Liqasının ikinci turuna avqustun 27-də keçiriləcək "Levante" - "Selta Viqo" və "Atletik Bilbao" - "Huyeska" oyunları ilə yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: