"Qalatasaray"ın qapıçısı millidəki karyerasını bitirir

A- A A+

Türkiyənin "Qalatasaray" klubunun qapıçısı Fernando Musleranın Uruqvay millisində karyerasını bitirəcəyi vaxt bəlli olub.

NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı qolkiper 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından sonra yığmadakı karyerasını sonlandıracaq.

Təcrübəli oyunçu sıx qrafiklə əlaqədar ailəsinə vaxt ayıra bilməməsi ucbatından bu addımı atır.

Qeyd edək ki, Fernando Muslera 2009-cu ildən Uruqvay millisinin formasını geyinir. O, komandanın heyətində 129 qarşılaşmada meydanda olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: