Azərbaycan boksçusu Məhəmməd Abdullayev dünya çempionatında səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb

A- A A+

Bu gün Azərbaycan millisinin daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda dünya çempionatında mübarizəyə qoşulub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mundialın dördüncü günündə rinqə çıxan boksçumuz Məhəmməd Abdullayev (+92 kq) litvalı rəqibi Yonas Yazeviçiuslə üz-üzə gəlib. On altıdabir final mərhələsi çərçivəsində keçirilən görüş boksçumuzun 5:0 hesablı qələbəsi ilə başa çatıb. O, səkkizdəbir final qarşılaşmasına oktyabrın 31-də çıxacaq.

Qeyd edək ki, ölkəmiz dünya çempionatında doqquz boksçu ilə təmsil olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: