Azərbaycan idmançısı qılıncoynatma ümumrusiya yarışında ikinci yeri tutub

A- A A+

Moskva ətrafındakı Novoqorsk şəhərində qılıncoynatma idmanının sablya növü üzrə ümumrusiya yarışı keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi “Spots.ru”ya istinadla xəbər verir ki, 2021-2022-ci il mövsümünün açılışı hesab edilən yarışda Azərbaycan yığmasının üzvü Anna Başta da iştirak edib. Təmsilçimiz turnirdə uğurla çıxış edərək ikinci yeri tutub. Yalnız moskvalı Svetlana Şevelevadan geri qalan A.Başta Moskva təmsilçiləri Vlada Plexabova və Yevgeniya Podpaskovanı qabaqlayaraq gümüş medala sahib olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: