NUHÇIXAN xəbər verir ki, muxtar respublikada ənənə halını alan Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümünə həsr olunmuş “Naxçıvan Beynəlxalq Şahmat Festivalı” artıq 8-ci dəfədir keçirilir.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov və Naxçıvan Muxtar Respublikası Şahmat federasiyasının sədri Vüqar Səfərovun şahmat lövhəsi üzərindəki rəmzi gedişləri ilə turnir start götürüb. Naxçıvan Şahmat Mərkəzinin ev sahibliyi etdiyi yarışda Azərbaycanla yanaşı, Türkiyə, İran, Rusiya, Gürcüstan, Ukrayna, Almaniya, Belçika, Belarus, İspaniya, Yunanıstan, İsrail, Qazaxıstan, Hollandiya və Portuqaliya şahmatçıları mübarizə aparır. İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan yarışda 300-dən artıq idmançı yer alıb. Qeyd edək ki, Naxçıvan Beynəlxalq Şahmat festivalı mayın 10-a qədər davam edəcək.
Azər Zeynalov
NTV Xəbər