Oktyabrın 30-da futbol üzrə İtaliya A Seriyasının 11-ci turunun oyunlarına üç qarşılaşma ilə start verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turun açılış görüşündə “Atalanta” öz meydanında “Latsio” komandasını qəbul edib.
Gərgin keçən görüşdə qalib müəyyənləşməyib - 2:2.
“Yuventus” komandası səfərdə “Verona” komandasına gözlənilmədən məğlub olub - 2:1.
Bu Turin təmsilçisinin ardıcıl ikinci məğlubiyyətidir. Massimiliano Aleqrinin yetirmələri ötən tur öz meydanında “Sassuolo” klubuna eyni hesabla məğlub olub.
Digər görüşdə “Torino” öz meydanında “Sampdoriya” klubunun qapısından üç cavabsız top keçirib.
Turun qalan 7 qarşılaşması oktyabrın 31-də və noyabrın 1-də keçiriləcək.