Oktyabrın 30-da futbol üzrə İspaniya La Liqasının 11-ci turunun növbəti oyunu keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Real Madrid” səfərdə cari mövsüm zəif təsir bağışlayan və 15-ci yerdə qərarlaşan “Elçe” komandasının qonağı olub. Görüş “kral” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 22-ci dəqiqəsində Vinisius Junior açıb. Fasilədən sonra - görüşün 73-cü dəqiqəsində braziliyalı dublunu rəsmiləşdirib. Qarşılaşmanın 86-cı dəqiqəsində meydan sahibləri qollardan birinin əvəzini çıxıblar. Pere Milla fərqlənib.
Bu qələbə sayəsində xal ehtiyatını 24-ə çatdıran “Real Madrid” turnir cədvəlində liderliyə yüksəlib. “Elçe” isə 10 xalla on beşinci yerdə qərarlaşıb.