“Araz-Naxçıvan” – “Liqeni” oyununda qalib müəyyənləşməyib

A- A A+

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan “Araz-Naxçıvan” bu gün qrupda sonuncu oyununu keçirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təmsilçimiz Kosovanın “Liqeni” komandası ilə qarşılaşıb. Qarşılaşma 6:6 hesablı heç-heçə başa çatıb.

İsa Atayevin dubl etdiyi oyunda “Araz-Naxçıvan”ın digər qollarını Felipinyo, Maneka, Ramiz Çovdarov və David Qustavo vurublar.

Bu heç-heçədən sonra xallarını 4-ə çatdıran Azərbaycan çempionu qrupu ikinci pillədə başa vurub. Eyni xala malik "Liqeni" isə üçüncü olub. Ukraynanın "Uraqan" komandası isə qrup lideri kimi turnirin növbəti mərhələsinə vəsiqə qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: