“Grand Swiss-2021”: Şahmatçılarımızdan bir qələbə

A- A A+

Riqada şahmat üzrə “Grand Swiss-2021” turnirinin beşinci turunun oyunları keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu turda təmsilçilərimizdən yalnız Aydın Süleymanlı qələbə qazanıb. O, İslandiya şahmatçısı Hjorvar Gretarssonu məğlub edib.

Digər şahmatçılarımız Nicat Abasov ABŞ təmsilçisi Cefri Şonq, Vasif Durarbəyli Baadur Jobava (Gürcüstan), Rauf Məmmədov Rameşbabu Praqnanandhaya (Hindistan) məğlub olublar.

İsveçrə sistemi üzrə keçirilən və on bir turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: